İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın ən yaxşı 10 mahnısı seçildi - FOTO

27-11-2015

19:36 xeber – Türkiyə mətbuatı Azərbaycanda ən çox dinlənən 10 mahnının adını açıqlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyənin “Hürriyət” qəzeti Azərbaycanın ən populyar mahnılarının siyahısını tərtib edib.

İlk pillədə Cem Yılmazın “Əli baba və 7 cücələr” filmində səslənən İradə İbrahimovanın “Neyləyək” mahnısı qərarlaşıb. 2-ci yerdə Günay İbrahimlinin “Dəlisiyəm gecənin” mahnısıdır. İlk üçlüyü Raufun “Münasibət mənfi 40 dərəcə” adlı mahnısı tamamlayır.

10. Röya və Xəyyam – Sənə Ehtiyacım Var
9. “Yuxu” qrupu – “Sən məni aldatdın”.
8. “Dəyirman” – Pul
7. Dilarə Kazımova – Alov kimi
6. Ceyla – “Unuduram”.
5. Süleyman Lökbatanlı və Aydın Sani – “Məni axtar darıxanda”.
4. Polad Bülbüloğlu və Şəbnəm Fərah – Gəl ey səhər
3. Rauf – “Münasibət 40 dərəcə”
2. Günay İbrahimli – “Dəlisiyəm gecənin”
1. İradə İbrahimova “Neyləyək”

Siyahıda Sevda Yahyayeva, Xatirə İslam, Ədalət Şükürov, Aysel Teymurzadə, Müslüm Maqomayev, Fərid Məmmədov və başqaları da yer alır.

Polad Bülbüloğlu və Şəbnəm Fərah – Gəl ey səhər

Türkiyəli müğənnilər də Azərbaycan mahnılarını oxumağa üstünlük verir. Müğənni Bengü “Gəl Gəl” adlı mahnını Azərbaycan dilində oxuyub.

Bengü – “Gəl Gəl”

İradə İbrahimovanın “Neyləyək” mahnısı Türkiyənin ən məşhur komediya ustası Cem Yılmazın filmində səslənib. Filmin süjetinə görə, Kənan Məmmədovla Barış Manço qarşılaşır və bir-birlərini bu mahnı ilə xatırlayırlar.

“Ali Baba və 7 Cücə” filminin anonsu

Cem Yılmaz ifa üçün çox məşq etdiklərini də söyləyib. Bu videodan sonra Azərbaycandan çoxlu mahnılar göndərildiyini deyən, komediya ustası həmkarı Zafer Alagözün ötən günlərdə Rauf Əhmədov adlı gənc müğənninin mahnısını göndərdiyini və Raufun mahnısını sosial şəbəkədə paylaşdıqdan sonra Azərbaycan televiziyalarında bu addımın məşhurlaşdığını da bildirib.


“Hürriyət” qəzetinin sosial şəbəkədə paylaşımı

mənbə :
anspress

Azerbaycanın en yaxşı 10 mahnısı seçildi – FOTO