İçeriğe geçmek için "Enter"a basın

Türkiye Mosul emeliyyatında

02-03-2015


02.03.2015 07:47 xeber –

Bu yaz keçirilməsi planlaşdırılan Mosulun İŞİD-dən xilas olunması əməliyyatında Türkiyə hərbi birləşmələrinin də iştirak edəcəyi iddia olunub.

ANS PRESS-in məlumatına görə, sabiq Mosul meri Asil Nuceyfi kürdlərə məxsus “Rudaw” saytına verdiyi müsahibədə, “Türkiyənin bu əməliyyatda iştirak etməyə qərar verdiyini açıqlayıb.

Nuceyfi açıqlamasında, Türkiyənin əməliyyata hərbi, texniki, habelə silah və cəbbəxana yardımı göstərəcəyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl İraq prezidentinin müavini, Asil Nuceyfinin qardaşı Usamə Nuceyfi Türkiyədə səfərdə olmuş, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşmüşdü.

Ninova vilayətinin mərkəzi hesab olunan Mosul isə keçən ildən bəri İŞİD yaraqlılarının işğalı altındadır.

Hazırda ABŞ rəhbərliyindəki koalisiya qüvvələri, İraq ordusu və peşmərgələr şəhərin xilas olunması üçün hazırlıqlara başlayıb.

Mənbə : Anspress.com

Türkiye Mosul emeliyyatında