İçeriğe geçmek için "Enter"a basın

Bu oğurluğun deyeri ölçüle bilmir

02-03-2015


02.03.2015 08:19 xeber –

Bu gün Parisin cənubundakı Fontenblo sarayında Çin muzeyindən ən azı 15 sənət əsəri oğurlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “Ria Novosti” “Assoşeyted Press” agentliyinə istinadən xəbər verir.

Ölkənin mədəniyyət naziri bildirib ki, bazar günü səhər saatlarında naməlum şəxslər sarayın içinə girərək 7 dəqiqə sonra bir neçə sənət əsəri ilə oranı tərk edib.

Sarayın mətbuat katibi bildirir ki, oğurlanan sənət əsərlərini “qiyməti ölçülməz” adlandıraraq, onların dəyərini bilmədiyini deyib.

Bu əşyalar 1863-cü ildə III Napaleonun yoldaşı imperatriçə Yevgeniya tərəfindən muzeyə hədiyyə edilib.

İstintaq başlanıb. Güman edilən şübhəlilər barədə məlumat hələ ki, yoxdur.

Mənbə : Anspress.com

Bu oğurluğun deyeri ölçüle bilmir