İçeriğe geçmek için "Enter"a basın

9 mart istirahet günüdür

02-03-2015


02.03.2015 / 09:48 xeber –

3 gün ardıcıl qeyri-iş günü olacaq

8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı Azərbaycanda istirahət və iş gününün yeri dəyişdirilib.

 

APA-nın məlumatına görə, 8 Mart – Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

 

Həmin gün bu il bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 9 mart qeyri-iş günü elan edilib.

 

Beləliklə, 7 mart tarixi də şənbə gününə təsadüf etdiyi üçün, 3 gün ardıcıl qeyri-iş günü olacaq.

 

Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

 

Azərbaycanda bayramın 1917-ci ildən mütəmadi qeyd edilməsinə başlanılıb.

Mənbə : Lent.az

9 mart istirahet günüdür