İçeriğe geçmek için "Enter"a basın

Milyonların gözlediyi telefon – Şekil

02-03-2015


02.03.2015 09:57 xeber –

“Samsung” şirkəti yeni mobil telefonlarını təqdim edib.

AMS PRESS-in məlumatına görə, “Galaxy S6” və “Galaxy S6 Edge” adlı yeni cihazları ilk dəfə sərgilənib. Bu telefonlar Barselonada keçirilən Mobil Dünya Konqresində tanıdılıb.

“Samsung” şirkətinin yeni cihazı “Galaxy S6” 4 nüvəlidir və prosessorun sürəti 1,3 GHz-dir. “Galaxy S6″nın arxa kamerası 20 meqapiksel çəkiliş gücündədir. Ön kamera isə 5 meqapiksellə təchiz edilib.

Yeni cihaz üçün istifadə edilən metal dizayna görə 50% daha güclüdür. Enerji sərfiyyatı “Exynos 7420″dir və bu göstərici digər telefondan təxminən 3 dəfə çoxdur. Telefon “Samsung”un indiyə kimi istehsal etdiyi ən güclü cihazdır.

Yeni cihazlar 32, 64 və 128 GB-lıq yaddaşa sahibdir. Mobil qurğu 10 aprel tarixində satışa çıxarılacaq. Telefonun qiyməti 650 dollar olacaq.

Mənbə : Anspress.com

Milyonların gözlediyi telefon – Şekil