İçeriğe geçmek için "Enter"a basın

Ermenilerin qaynar yazı

02-03-2015


02.03.2015 10:10 xeber –

Ermənistanda bu yaz çox isti keçəcək.

Belə ki, erməni məhsullarının ixraçı çöküb, Rusiyada işləyən on minlərlə erməni isə öz vətənlərinə qayıtmaq məcburiyyətində qalıb. Vətənlərində isə iş təminatı demək olar ki, yox dərəcəsindədir. Bunu Karneqi fondunun analitiki Tomas de Vall yazıb.

Erməni milli valyutası qəfil düşdü və bütün bunlar Ermənistanın Avrasiya İttifaqına daxil olması fonunda baş verib. Ölkənin bəzi iqtisadçıları isə bu quruma daxil olmanı iqtisadiyyatın xilas olması üçün az qala ” xilas çubuğu” kimi görürdülər.

“İqtisadi nizamsızlıq nəticəsində bu ilin fevralında siyasi dram da yaşanıb. Ölkənin əsas oliqarxı və “Çiçəklənən Ermənistan” müxalif partiyasının lideri olan Qaqik Sarukyan əvvəlcə prezident Serj Sarkisyana meydan oxudu. Amma sonra nədənsə təslim oldu”, – deyə müəllif yazır.

Vaalın sözlərinə görə, indi nəinki partiyasını itirə, həm də deputat mandatından məhrum ola bilər. Əlbətdə ki, bütün bu gözlənilməz dəyişiklik ölkədəki iqtisadi vəziyyətdən qəzəblənən Ermənistan xalqına təsir edir.

Müəllif qeyd edir ki, politoloqlara inam rekord səviyyədə aşağı düşüb. Biz meydanda və ölkənin küçələrində bu yaz qəzəbli ermənilərin səslərini eşidə bilirik.

Xatırladaq ki, artıq təqvimlərdə yaz gəlir.

Mənbə : Anspress.com

Ermenilerin qaynar yazı