İçeriğe geçmek için "Enter"a basın

Tanınmış türkiyeli jurnalist hebs edildi

02-03-2015


02.03.2015 / 10:26 xeber –

Türkiyənin tanınmış jurnalisti, “Balyoz” hərbi çevriliş planının mövcudluğunu iddia edərək bu barədə mətbuatda sənədlər çap etdirən Mehmet Baransu polis tərəfindən saxlanılıb.

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, M. Baransu saxta sənədlər əsasında bir sıra şəxslər haqqında açılmış cinayət işləri ilə əlaqədar aparılan istintaq çərçivəsində İstanbulda həbs edilib. Polis onun evində axtarış aparıb, bəzi CD və yazılı sənədlər müsadirə olunub.

 

Xatırladaq ki, “Balyoz” işi ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda istefada və fəaliyyətdə olan yüksək rütbəli zabiti həbs edilmişdi. Bir müddət sonra onlar haqqında həbs qətimkan tədbiri dəyişdirilib və bu şəxslərin hamısı azadlığa buraxılıb. Onların yenidən mühakimə olunmasına qərar verilib. “Balyoz”la bağlı sənədlərin saxta olduğu və hüquq-mühafizə sistemindəki nurçular tərəfindən hazırlandığı bildirilir. M. Baransu da nurçulara yaxın jurnalistlərdən biridir.

Mənbə : Lent.az

Tanınmış türkiyeli jurnalist hebs edildi