İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı milyonçu itkin düşüb

30-11-2015

17:42 xeber – Moskva Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovun məhkəməsini təxirə salıb.

Azadlıq.az xəbər verir ki, anspress-in “RİA Novosti”yə istiandla verdiyi məlumata görə, məhkəmənin təxirə salınmasına səbəb İsmayılovun dəqiq ünvanın tapılmamasıdır. Məhkəmə dekabrın 21-nə təyin edilmişdi.

Məhkəmə sədri Pavel Markov bildirib ki, təqdim olunan materiallarda Telman İsmayılovun yaşadığı ünvanla bağlı ziddiyyətli məlumatlar var. Təqdim edilən ünvanların birində Moskva şəhəri, digərində isə Moskva vilayətindəki Skolkovo qəsəbəsi yaşayış yeri kimi göstərilir.

Bir müddət əvvəl Rusiyanın “Moskva Bankı”nı Telam İsmayılovun müflis elan edilməsi üçün ölkənin Arbitraj Məhkəməsinə müraciyyət edib.

Oktyabrın 1-də arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank “Ruslayın” MMC və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb. Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan T. İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib. İddiaya əsasən nə faizlər, nə də əsas borc ödənilməyib.


“Mardan Palace” oteli

Telman İsmayılova böyük şöhrət qazandıran “Mardan Palace” otelidə çox ucuz qiymətə satılıb. Otel 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. “Mardan Palace” otelinin inşasına 1.4 milyard dollar pul xərcələnib. Otelin açılışına Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Tom Cons və başqa məşhurlar gəliblər.

Otel noyabrın 2 –də 360 milyon 50 min lirəyə (129 milyon dollar) satılıb. Amma hərraca çıxarılan ilk vaxtlarda otelin qiyməti 719 milyon lirə (təqribən 257 milyon dollar) göstərilirdi. Bütün bunlara baxmayaraq Telman İsmayılov məhkəmənin qərarı ilə razılaşmır və otelini geri almaq üçün müvafiq orqanlara müraciət edib. Həmçinin Telman İsmayılovun Rusiyanın xalq artisti Nikolay Baskova hədiyyə verdiyi villa sənətçinin əlindən alınıb.

AST Telmanın milyardlıq otelinin satışında sürpriz

“AST” Telmana görünməmiş zərbə

mənbə :
anspress

Azerbaycanlı milyonçu itkin düşüb