İçeriğe geçmek için "Enter"a basın

Nemtsovun qatili ile bağlı YENİ XƏBƏR

02-03-2015


02.03.2015 / 10:37 xeber –

Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən killer “VAZ 21102” markalı avtomobillə hadisə yerindən qaçıb.

 

APA-nın xəbərinə görə, bu barədə Kremlə yaxın “LifeNews” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Hazırda Moskvanın bütün polis bölmələri və postları bu avtomobilin axtarışına cəlb olunub. Avtomobilin Şimali Osetiya nömrəsi daşıdığı, lakin 2011-ci ildə qeydiyyatdan çıxarıldığı bildirilir. Avtomobilin keçmiş sahibi müəyyənləşdirilib. O, Vladiqafqazda yaşayır.   

Mənbə : Lent.az

Nemtsovun qatili ile bağlı YENİ XƏBƏR