İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı məmura rüşvət verən yerdə saxlanıldı

30-11-2015

17:59 xeber – Rusiyada qeydiyyatsız yaşadığı üçün onu saxlayan polisə rüşvət verməyə çalışan azərbaycanlı tutulub.

Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya kütləvi informasiyalarına istinadən verdiyi məlumata görə, hadisə “Sosnovı Bor”da qeydə alınıb. 24 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən sənədləri yoxlanılması üçün saxlanılıb. Qeydiyyatı olmayan həmyerlimiz qayda pozuntuları rəsmiləşdirilməsi üçün dəvət edildiyi zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşına rüşvət təklif edib.

Bu səbəbdən polis əməkdaşı həmyerlimizi həbs edib və barəsində cinayət işi başlanıb.

Bu ilin noyabr ayının 9-da Rusiyada daha bir azərbaycanlı vəzifəli şəxsə rüşvət verməyə cəhd etdiyinə görə istintaqa cəlb edilib və toplanan maddi sübutlara görə ona hökm oxunub.

mənbə :
anspress

Azerbaycanlı memura rüşvet veren yerde saxlanıldı