İçeriğe geçmek için "Enter"a basın

Davudoğlu: "Qapılarımız rusların üzünə həmişə açıqdır"

30-11-2015

18:09 xeber – Türkiyə Rusiyaya qarşı sanksiya irəli sürməyəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü zamanı deyib.

“Biz ruslara qarşı heç bir məhdudiyyət qoya bilmərik. Rusiya xalqı bizim xalqın dostudur. Antalya rus üçün ikinci evdir, biz həmişə olduğu kimi, yenə də rus turistlərini ölkəmizdə gözləyirik”, – deyə baş nazir vurğulayıb.

Baş nazir xatırladıb ki, Türkiyə həmişə iqtisadi saksiyalara qarşı olub. “Rusiya həmişə özü bu sanksiyalardan əziyyət çəkib, indi isə bizə qarşı sanksiya tətbiq edib. Əslində, bu düzgün deyil. İqtisadi münasibətlər hər iki ölkə üçün əhəmiyyətlidir”, – deyə Ə. Davudoğlu əlavə edib.

Baş nazir, eyni zamanda, Rusiyanı dialoqa çağıraraq, gələcək münasibətləri müzakirə etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə höküməti sadəcə öz sərhədlərini qoruyur, onun hansısa ölkəyə qarşı heç bir qərəzliyi yoxdur.

Əhməd Davudoğlu, eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bir müddət əvvəl dediyi sözlərini dəstəklədiyi bildirərərk, “biz heç kimdən üzr istəməyəcəyik” dedi. Biz öz vəzifəmizi yerinə yetirmişik. Biz sadəcə sərhər ərazilərimizi qoruyur və qorumağa da davam edəcəyik.

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sansiyaların tətbiqi haqqında fərman imzalayıb. Fərmana görə, Rusiya ərazisinə idxal olunan bir sıra türk mallarına qadağa qoyulub.

Noyabrın 26-da isə Rusiyanın baş naziri Dmitri Medvedyev Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinin vacib olduğunu ölkə başçısına bildirib. Bundan başqa, o qeyd edib ki, sanksiyaların ləğvi münasibətlərin gələcəkdə inkişafından asılı olaraq.


Dmitri Medvedyev – Rusiyanın baş naziri

İki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb noyabrın 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi ilə vurulması olub. Türkiyə höküməti bu addımı təyyarənin onun hava məkanını pozduğu üçün atdığını desə də, Rusiya tərəfi bunu təkzib edir. Hətta, Rusiyaya bu addımına görə, Türkiyənin üzr istəməsini və həlak olmuş pilotlara görə, konpensasiya verməsini də tələb edir. Türkiyə isə üzr istəməyəcəyini və yeganə günahkarın Rusiya olduğunu bildirir. Bu gün Fransada baş tutan BMT-nin İqlim Dəyişikliyi sammitində Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməkdən imtina edib.


Rusiya təyyarəsinin vurulduğu ərazi

mənbə :
anspress

Davudoğlu: “Qapılarımız rusların üzüne hemişe açıqdır”