İçeriğe geçmek için "Enter"a basın

Ermenilerin sönen ulduzu

02-03-2015


02.03.2015 10:35 xeber –

Daha bir erməni siyasi ulduz sönür.

Ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan “Çiçəklənən Ermənistan” partiyasını və parlamenti, böyük ehtimalla həm də öz vətənini tərk edir.

Bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti çox məlumatlı mənbələrə istinad edərək yazır. Bundan başqa, bunun yaxın zamanlarda baş verəcəyi gözlənilir. Yəqin ki, uzun müddət ölkənin xarici siyasət idarəsinə rəhbərlik etmiş Oskanyan hiss edib ki, Ermənistanda nəsə işlər düz getmir, buna görə də təkcə siyasətdən deyil, həm də ölkədən getməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, çoxları onun yolu ilə getmək istəyir. Uzun illər İrəvanda polis rəisi işləmiş Nazaryan siyasi havadar tapa bilmədi və ailəsi ilə birlikdə Qərbə mühacirət etmək qərarına gəldi.

Bununla yanaşı, İrəvanda hakimiyyət Ermənistan konstitusiya islahatlarının mətnini hazırlayırlar. Bu məsələdə ən maraqlı adam indiki prezident Serj Sarkisyandır.

Konstitusiya islahatları ölkəni prezident respublikasından parlament respublikasına çevirəcək, Serj Sarkisyana ölkənin baş naziri vəzifəsini tutmağa və kefi istəyən qədər bu kresloda oturmağa imkan yaradacaq.

Mənbə : Anspress.com

Ermenilerin sönen ulduzu