İçeriğe geçmek için "Enter"a basın

Şəxsiyyət vəsiqələrinin verilməsi üçün nə qədər rüsum ödəniləcək?

30-11-2015


30.11.2015 / 19:22 xeber –

Sabahdan şəxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan rüsum yenilənir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək "Dövlət rüsumu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəniləcək. 

 

mənbə :
lent.az

Şexsiyyet vesiqelerinin verilmesi üçün ne qeder rüsum ödenilecek?