İçeriğe geçmek için "Enter"a basın

Obamanın yarım saatlıq görüşdə Putindən tələbi

30-11-2015

19:24 xeber – Rusiya və ABŞ prezidentlərinin görüşünün bəzi təfərrüatları məlum olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Reuters agentliyi Ağ Evə istinadən xəbər verir ki, qapalı keçən görüşdə Obamanın Putindən tələbi olub.

Xəbərə görə, Obama Putindən Suriya prezidenti Bəşər Əsədin münaqişənin nizamlanması çərçivəsində vəzifəsindən getməsini tələb edib.

…18:26…

Vladimir Putinlə Barak Obamanın görüşü başa çatıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, liderlərin bağlı qapılar arasında keçirilən görüşü yarım saat davam edib.

…18:08…

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə görüşü başlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Parisdə keçirilən İqlim dəyişkənliyi konfransı çərçivəsində baş tutan görüş bağlı qapılar arxasında keçirilir.

Görüşün təfərrüatları barədə hələlik məlumat verilmir.

Birləmiş Millətlər Təşkilatının İqlim konfransı bu gün başlayıb. 140 ölkə liderinin iştirak etdiyi konfransda Putinlə Obama arasında keçirilən görüşdən başqa Putinlə Ərdoğanın görüşü də böyük maraqla gözlənilirdi. Lakin daha sonra prezidentlərin görüşünün baş tutmayacağı açıqlandı. Rusiya lideri Putinin Parisdə keçiriləcək İqlim toplantısında türk həmkarı ilə görüşmək niyyətində olmadığı bildirilib.

Rusiya prezidenti Vladimir Putin Parisdəiqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bu barədə açıqlama verib. Peskov belə bir görüş üçün hazırlıqlar aparılmadığını deyib.

İki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb Suriya ilə sərhəddə Türkiyənin Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsini vurması olub. İnsidentdən sonra iki ölkə arasında böhran başlayıb. Hər iki ölkənin Xaraici İşlər Nazirliyi vətəndaşlarına xəbərdarlıq edərək səfərlərdən çəkinməyi məsləhət görüb.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhədi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

Vurulan “Su-24” də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb.

Həmçinin oxuyun:

Türkiyə rus təyyarəsini vurdu (VİDEO, FOTO,YENİLƏNİB)

Rusiyaya daha bir zərbə, helikopter vuruldu (FOTO, VİDEO)

Putin: “Bu arxadan vurulan zərbədir”

Rusların vurulan təyyarəsi ilə bağlı Kremldən ilk reaksiya

Vurulan Rusiya təyyarəsi ilə bağlı ən son xəbər (VİDEO)

mənbə :
anspress

Obamanın yarım saatlıq görüşde Putinden telebi