İçeriğe geçmek için "Enter"a basın

Tanınmış aktyoru ölümlə hədələdilər

30-11-2015


30.11.2015 / 20:50 xeber –

Tanınmış aktyor Kadir İnanır adına saxta sosial şəbəkə hesabları açılmasına əsəbləşib.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirən aktyor hətta ölümlə hədələndiyini deyib:  “Uzun müddətdir, adıma saxta profillər açıb, kütlə içərisində məni alçaltmağa çalışan saxtakarlara sözüm var. Mən imanlı insanam, ölümdən qorxmuram. Düşündüklərimi hamıya açıq-aşkar söyləyirəm. Sülh tərəfdarı olaraq yaşamağa və mübarizəmə davam edəcəyəm. Bu sosial şəbəkə saxtakarlarına heç kəs inanmasın”.

mənbə :
lent.az

Tanınmış aktyoru ölümle hedelediler