İçeriğe geçmek için "Enter"a basın

İlhamə Quliyeva xəstəxanaya əlvida deyir

30-11-2015

21:38 xeber – Azərbaycanın xalq artisi İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq.

Xalq artistinin xalası oğlu Vüqar ANS PRESS-ə primadonnanın sağlamlığı haqqında danışıb.

O, xalq artistinin pərəstişkarlarına şad xəbər verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın vəziyyəti əladır və Allahın köməyi ilə 2-3 günə xəstəxanadan çıxacaq.

İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətçinin səhhətində yaranan ciddi problemlərə görə, həkimə müraciət edəcəyini bir neçə gün öncə açıqlamışdı. ANS PRESS-ə açıqlama verən İ.Quliyeva dizimə qədər çiban yaraları çıxdığını deyib:

“Görünür, bir vaxtlar mənim köməkçimin mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Problemlər indi üzə çıxmağa başlayıb”.

Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub. Bu əməliyyatdan sonra damarlarında problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanmalı olub.

İlhamə Quliyeva – “Nə xoş gündür”

İlhamə Quliyeva – Azərbaycanın və Dağıstanın xalq artistidir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə qastrol səfərlərdə olub. Ailəlidir, bir oğlu var.

mənbə :
anspress

İlhame Quliyeva xestexanaya elvida deyir