İçeriğe geçmek için "Enter"a basın

Sürücülerin diqqetine: “İçerişeher”e avtomobillerin girişi qadağan edilir

02-03-2015


02.03.2015 / 10:58 xeber –

Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar martın 2-dən 14-ə qədər “İçərişəhər”ə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 4-dən Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız “İçərişəhər”in sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

 

Filmin çəkilişləri əsasən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu-XX əsrin əvvəllindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.

 

Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Mənbə : Lent.az

Sürücülerin diqqetine: “İçerişeher”e avtomobillerin girişi qadağan edilir