İçeriğe geçmek için "Enter"a basın

"Qəbələ" məğlubiyyətdən belə qaçdı (VİDEO, FOTO)

30-11-2015

22:25 xeber – Bu gün bir oyunla Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, günün yeganə oyununda “Qəbələ” doğma meydanda “Rəvan”ı qəbul edib.

Son 5 turda “Qəbələ”nin qələbə qazana bilməməsi görüşün marağını daha da artırırdı. Roman Qriqorçukun yetirmələri 5 oyunda aktivinə cəmi 4 хal yazdırmışdı. Məhz uğursuz çıхışa son qoymaq üçün “qırmızı-qaralar” doğma meydanda qələbə qazanmaq fikrində idi. “Rəvan” isə yeni baş məşqçi Bəhmən Həsənovun gəlişindən sonra yüksəlişdədir. Onlar son iki turda “Neftçi” və “Zirə” üzərində qələbə qazanaraq özündən söz etdirib.


“Rəvan” klubu.

Qəbələdə baş tutan qarşılaşmada hesabı 66-cı dəqiqədə qonağlardan Tural Qürbətov açıb. “Qəbələ” məğlubıyətdən 90+5-ci dəqiqədə Fakundo Pereyranın qolu ilə qaça bilib. Bu oyunda son qol olub və matçın hesabını müəyyənləşdirib – 1:1.

Qeyd edək ki, turun ilk 4 oyununda “Neftçi” “Qarabağ”ı, “Zirə” “Xəzər Lənkəran”ı 1:0, AZAL – “Sumqayıt”ı 2:0 hesabı ilə yenib, “Kəpəz” – “İnter” matçında hesab açılmayıb – 0:0.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XIV tur

Qəbələ – Rəvan 1:1
Qollar: Fakundo Pereyra, 90+5 – Tural Qürbətov, 66.

mənbə :
anspress

“Qebele” meğlubiyyetden bele qaçdı (VİDEO, FOTO)