İçeriğe geçmek için "Enter"a basın

Putin foto çəkdirməməyinin səbəbini açıqladı

30-11-2015


30.11.2015 / 22:43 xeber –

Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında 195 ölkənin dövlət və hökumət başçılarının çəkdirdiyi kollektiv fotoda yer almamağının səbəbini açıqlayıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin ölkə və hökumət başçıları ilə kollektiv foto çəkdirməməsinin sırf texniki məsələlərlə bağlı olduğunu söyləyib.

 

Qeyd edək ki, digər liderlərlə yanaşı Türkiyə prezidenti Ərdoğan da kollektiv fotoda yer alıb.

mənbə :
lent.az

Putin foto çekdirmemeyinin sebebini açıqladı