İçeriğe geçmek için "Enter"a basın

Putin savaşı böyüdür: Döyüş təyyarələri göndərildi

30-11-2015

23:09 xeber – Rusiya Suriyaya yeni döyüş təyyarələrini göndərib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik İqor Klimov açıqlama verib.

Onun sözlərinə görə, havadan havaya raket atəşi aça bilən döyüş təyyarələrindən bu gündən etibarən Suriyadakı hərbi əməliyyatlarda istifadə edilməyə başlanılıb.

“Bu gün Rusiyanın Su-34 bombardmançı təyyarələri ilə ilk dəfə terrorçuların mövqelərinə zərbələr endirilib. Təyyarələrimizdə sadəcə güclü partlayıcı qüvvəyə malik bombalar deyil, eyni zamanda qısa və orta mənzilli havadan havaya raketlər də var”, deyə Klimov bildirib.

Polkovnik təyyarələrdəki raketlərin müdafiə xarakterli olduğunu bildirib.


İqor Klimov – Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı noyabrın 24-də Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurduqdan sonra prezident Vladimir Putin Suriyada hərbi gücünü artımağa başlayıb.

Bir sıra hərbi ekspertlər hesab edirlər ki, Putin təyyarənin vurulmasından istifadə edərək Suriyaya yeni döyüş təyyarələri, S-400 və S-300 zenit-raket komplekslərini göndərir. Putin bununla bölgəni nəzarətə götürməyə çalışır.

Çünki S-400 və S-300 hava hücumundan müdafiə sistemləri Türkiyənin 50 kilometrliyində yerləşən Latakiya əyalətindəki Rusiya bazasında yerləşdirilib və 400 kilometrlik hədəfi vura bilir. Rəsmi Moskva bildirib ki, bü cür addımlar uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün atılıb.


Su-34 bombardmançı təyyarəsi

Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir.

mənbə :
anspress

Putin savaşı böyüdür: Döyüş teyyareleri gönderildi