İçeriğe geçmek için "Enter"a basın

Netanyahu ABŞ Konqresinde çıxış edecek

02-03-2015


02.03.2015 11:36 xeber –

İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarına səfər edib.

ANS PRESS-in məlumatına görə, səfərin əsas məqsədi Vaşinqtonu Tehranla nüvə proqramı sahəsində əldə olunacaq sazişdən daşındırmaqdır. Netanyahunun fikrincə, hər hansı bir razılaşma İranı nüvə silahı hazırlamaqdan saxlamayacaq. Martın 3-ü Netanyahunun ABŞ Konqresi qarşısında çıxışı gözlənilir.

ABŞ mətbuatının məlumatına görə, bu planlar ölkə prezidenti Barak Obama tərəfindən narazılıqla qarşılanıb. Obama bir müddət əvvəl İsraildə seçkilər keçiriləcəyi üçün Netanyahunun səfərinə razı olmadığını bildirmişdi.

İsraildə parlament seçkiləri martın 17-i keçiriləcək.

Mənbə : Anspress.com

Netanyahu ABŞ Konqresinde çıxış edecek