İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanda keskin respirator virus infeksiyası yayılıb

02-03-2015


02.03.2015 / 13:30 xeber –

“Azərbaycanda qripəbənzər kəskin respirator virus infeksiyası yayılıb. Bununla bağlı müracitələr çox olub”. Bunu Lent.az-a açıqlamasında akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova bildirib. Onun sözlərinə görə, bu infeksiyanın əsas əlamətləri boğaz ağrısı, öskürək, ürəkbulanma, əzələ ağrıları və burunaxmadır. “Bu xəstəliyə yoluxan insanlarda öskürmə uzun müddət davam edir”.

 

Laboratoriya müdiri vurğulayıb ki, fevralın əvvəllərindən davam edən xəstəlik stabil olaraq qalır: “Gərək bu virusa yoluxanlar ev şəraitində tam müalicə alsınlar”.

 

A.Əsədova onu da vurğulayıb ki, kəskin respirator virus infeksiyası daha çox yaşlı insanlarda və uşaqlarda müşahidə olunur: “Bu xəstəlik mövsümü xarakter daşıyır və tədricən xəstəliyə yoluxanların sayı azalır”. 

 

Respublikanın baş epidemioloqu, ATU-nun epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev də Lent.az-a bildirib ki, Azərbaycanda insanlar arasında son günlər müşahidə olunan xəstəlik qrip və qripəbənzər xəstəlikdir: “Yayılan qrip epidemiya xarakteri daşımır”.

 

Mənbə : Lent.az

Azerbaycanda keskin respirator virus infeksiyası yayılıb