İçeriğe geçmek için "Enter"a basın

“28 May”da insident

02-03-2015


02.03.2015 / 13:47 xeber –

Bu gün metronun “28 May” stansiyasının qarşısında insident baş verib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, həddindən artıq spirtli içki qəbul etmiş 26-30 yaşlı şəxs ucadan nalayiq ifadələr səsləndirməyə başlayıb. Vətəndaşlar ona söyüş söyməməyi məsləhət biliblər. Həmin şəxs isə yaxşı elədiyini, onun sözünə qarşı çıxa biləcək kimsənin olmadığını deyib. Bu zaman dava düşüb və bir neçə nəfər sərxoş kişini döyməyə başlayıb.

 

Polisin müdaxiləsindən sonra ara sakitləşib. İçkili şəxs və onu vuran vətəndaş Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Mənbə : Lent.az

“28 May”da insident