02.03.2015 / 14:07 xeber –
Ötən gecə Nizami rayonunda "Jeep" markalı maşında Bakı sakini 1986-cı il təvəllüdlü Zeynalov Ruslan Cərrah oğlunun meyiti tapılıb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, tibbi ekspertiza belə qənaətə gəlib ki, Ruslan Zeylanov "Qara Qarayev" metrosu yaxınlığındaķı avto təmir salonunda müştərilərdən birinə məxsus maşında qazdan boǧulub.
R.Zeynalovun ailəsi isə onun ölümündə gəlinin ailəsini günahlandırır.
Qeyd edək ki, R.Zeynalov bir gün əvvəl xanımı ilə mübahisə etdiyi üçün evi tərk edibmiş.
Faktla baǧlı araşdırma aparılır.
Mənbə : Lent.az