İçeriğe geçmek için "Enter"a basın

Qarabağda ermeni herbçilerinin mehv edilmesinin görüntüleri yayılıb

02-03-2015


02.03.2015 / 14:10 xeber –

Eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülüb

28 fevral 2015-ci ildə işğal olunmuş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Lent.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV məlumat yayıb.
Trend düşmən hərbçilərinə qarşı həyata keçirilmiş həmin əməliyyatın görüntülərini əldə edib. Kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.

Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.

 

 

 

Mənbə : Lent.az

Qarabağda ermeni herbçilerinin mehv edilmesinin görüntüleri yayılıb