İçeriğe geçmek için "Enter"a basın

Sabiq hakimin mehkemesi davam etdirilib

02-03-2015


02.03.2015 / 14:35 xeber –

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, prosesdə zərərçəkmiş Ramazan Səlimovun vəkili İradə Cavadova çıxış edib. O, dövlət ittihamçısının çıxışı ilə razı olduqlarını bildirib. Vəkil dəymiş ziyanın ödənilməsini də məhkəmədən xahiş edib. Proses martın 10-da davam etdiriləcək.

 

Qeyd edək ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən Elman Məmmədovun 9 il, Taleh Süleymanovun 9 il, Həsən Əliyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.  

 

 

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.  

 

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Mənbə : Lent.az

Sabiq hakimin mehkemesi davam etdirilib