İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanda polisler ayağa qalxdılar

02-03-2015


02.03.2015 14:54 xeber –

Salyan rayonunda keçirilən əməliyyat zamanı silah və sursat aşkar olunub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş İctimai Təhlükəsizlik İdarəsi və Salyan rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı Qalalı kəndində kənd sakini Ruhid Məlikova məxsus mağazaya baxış keçirilib.

Bu zaman oradan 2 ədəd “ARAL” markalı tir tüfəngləri, 25 qutu qırma, 16 qutu barıt, 1344 ədəd alışdırıcı və 3236 ədəd müxtəlif çaplı patronlar aşkar edilib. Silah və sursat müsadirə edilib.

Ruhid Məlikovanın həmin silahları hardan əldə etdiyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə : Anspress.com

Azerbaycanda polisler ayağa qalxdılar