İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizəyə dair birgə tədbirlər planı hazırlanıb

08-01-2022

[r32]
xeber –

Azərbaycan Ordusunda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı təhsil müəssisələrində seminar və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr və digər mövzularla bağlı ətraflı məlumat veriləcək.

Keçiriləcək seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.


mənbə :
Report.az

Azerbaycan Ordusunda narkomaniyaya qarsi mubarizeye dair birge tedbirler plani hazirlanib