İçeriğe geçmek için "Enter"a basın

“Omicron” ştamının əsas əlamətləri açıqlanıb

08-01-2022

[r32]
xeber –

“Koronavirusun “omicron” variantının əlamətləri xəstələrin 75 faizində adi soyuqdəymə ilə eynidir”. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu London Kral Kollecinin əməkdaşı, koronavirusun əlamətlərinə dair “ZOE Covid Study” mobil tətbiqinin müəlliflərindən biri Kleir Stivs bildirib.

Eyni zamanda, ekspertin fikrincə, boğaz ağrısı, başağrısı, zökəm də əlamətlərin siyahısına əlavə edilməlidir: “COVID-19-a yeni yoluxma hallarının 75 faizində əlamətlərin soyuqdəymə ilə bənzərliyi, klassik əlamətlərə isə az təsadüf edilməsi o deməkdir ki, hökumətin tövsiyələri təcili yenilənməlidir”.


mənbə :
Report.az

“Omicron” staminin esas elametleri aciqlanib