İçeriğe geçmek için "Enter"a basın

Almaniyada 500-ə yaxın uşaq intihara cəhd edib

08-01-2022

[r32]
xeber –

Almaniyada ikinci sərt karantin rejimi dövründə 500-ə yaxın uşaq intihara cəhd edib.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Essen şəhər Universitet Klinikası məlumat yayıb.

Məlumata görə, intihara cəhd edənlərdən 27-si hazırda xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib.

İntihar hadisələri 2021-ci ilin ilk rübündə qeydə alınıb. Bu, 2017-ci ildən 2019-cu ilə qədər olan uşaq intiharlarının cəmindən üç dəfə çoxdur.

Mütəxəssislərin fikrincə, ikinci sərt karantin rejimində intihar hadisələrinin artmasına səbəb məktəblərin uzun müddət bağlı qalması və valideynlərin uşaqlarına hədsiz təzyiq göstərmərləri olub.

Essen şəhər Universitet Klinikasının məlumatında qeyd edilir ki, uzun müddət dostları ilə görüşməyən uşaqlar özlərinə qapanıb və nəticədə depressiyadan əziyyət çəkiblər.

Məlumat üçü bildirək ki, Almaniya hökuməti keçən il uşaqlar və gənclər üçün korona tədbirlərinin mənfi nəticələrini azaltmaq üçün təxminən 2 milyard avroluq dəstək paketini təsdiqləyib.


mənbə :
Report.az

Almaniyada 500-e yaxin usaq intihara cehd edib