İçeriğe geçmek için "Enter"a basın

DİN: Oğurlanan 2 yaşlı körpə polis əməkdaşları tərəfindən tapılıb, saxlanılanlar var

08-01-2022

[r32]
xeber –

Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.


mənbə :
Report.az

DİN: Ogurlanan 2 yasli korpe polis emekdaslari terefinden tapilib, saxlanilanlar var