İçeriğe geçmek için "Enter"a basın

Bolqarıstanda təxminən 300 min vətəndaşın şəxsi məlumatları ictimaiyyətə sızıb

08-01-2022

[r32]
xeber –

Bolqarıstanda ölkə rəhbərliyi və partiya liderləri də daxil olmaqla 300 minə yaxın vətəndaşının şəxsi məlumatları ictimaiyyətə sızıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Monitor” qəzeti məlumat yayıb.

Məlumata görə, Milli Məclis sədrinin şəxsi telefon nömrəsi və ev ünvanı, müavinləri, kənd təsərrüfatı naziri və digərlərinin məlumatları ictimaiyyətə açıqlanıb.

Açıqlanan siyahılarda yüzlərlə tanınmış jurnalist və ictimai xadimin adı var.

Sızma şəxsiyyət kodlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinin yanvarın 4-də qüvvəyə minməsindən sonra qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Bolqaristanda texminen 300 min vetendasin sexsi melumatlari ictimaiyyete sizib