İçeriğe geçmek için "Enter"a basın

Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

08-01-2022

[r32]
xeber –

Cəlilabad rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Cəlilabad rayon sakinləri – “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri – 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.

“VAZ-2107” markalı minik avtomobili işıqlandırılmayan yolda “Kon” markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:00

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Qarazəncir kəndində qeydə alınıb.

“VAZ-2107” markalı minik avtomobilinin yol təmiri təyinatlı “Kon” markalı avtomobilə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Celilabadda agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub