İçeriğe geçmek için "Enter"a basın

Naxçıvanda 15 vergiödəyicisinin qanun pozuntusu faktı aşkarlanıb

09-01-2022

[r32]
xeber –

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə keçirilən yoxlama və monitorinqlər zamanı 15 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 1 vergiödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” alınmaması, 1 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması və 11 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


mənbə :
Report.az

Naxcivanda 15 vergiodeyicisinin qanun pozuntusu fakti askarlanib