İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da koronavirusdan ölənlərin sayı 20 faiz artıb

09-01-2022

[r32]
xeber –

ABŞ-da koronavirusdan ölənlərin gündəlik sayı 18,21 % artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzinin yenilənmiş məlumatları təsdiqləyir.

Yanvarın 1-dən etibarən koronavirus xəstələri arasında gündəlik ölüm sayı orta hesabla 1 142-dən 1 350-yə yüksəlib.Bu, keçən ilin oktyabrından bugünədək ən yüksək göstəricidir.

Həmçinin koronavirusa yoluxma hallarının sayı 48,11 % artaraq 414,9 mindən 614,5 minə çatıb.

Cons Hopkins Universitetinin məlumatına görə, koronavirusa yoluxanların sayı artıq 59,4 milyon nəfərə çatıb, 836 min nəfər ölüb. Ölkə bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.


mənbə :
Report.az

ABS-da koronavirusdan olenlerin sayi 20 faiz artib