İçeriğe geçmek için "Enter"a basın

Qazaxıstan polisi iğtişaşlarla bağlı 5 mindən çox insanı saxlayıb

09-01-2022

[r32]
xeber –

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vaxta qədər bütün Qazaxıstan ərazisində 5 135 nəfər saxlanılıb”, – məlumatda deyilir.

Daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Yerlan Turqumbayev “Xabar 24” telekanalının efirində bildirib ki, qətl, dövlət məmurlarına qarşı zorakılıq, quldurluq, xuliqanlıq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlayıb.


mənbə :
Report.az

Qazaxistan polisi igtisaslarla bagli 5 minden cox insani saxlayib