İçeriğe geçmek için "Enter"a basın

Qazaxıstanda iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb

09-01-2022

[r32]
xeber –

Qazaxıstan hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 6 minə yaxın insanı saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda 125 cinayət işi açılıb, 5,8 min nəfər polisə gətirilib, onların arasında xeyli sayda əcnəbi var”, – məlumatda deyilir.

Ölkənin bütün rayonlarında vəziyyətin sabitləşdiyi, əməliyyat şəraitinə tam nəzarətin bərpa edildiyi, hüquq-mühafizə orqanları tərəfindən əvvəllər zəbt olunmuş bütün inzibati binaların azad edildiyi, kommunal obyektlərin işinin davam etdirildiyi bildirilir. 

“Kasım-Jomart Tokayev vurğulayıb ki, güc strukturları ölkədə ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirləri görəcək”, – mətbuat xidməti qeyd edib.

07:31

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vaxta qədər bütün Qazaxıstan ərazisində 5 135 nəfər saxlanılıb”, – məlumatda deyilir.

Daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev “Xabar 24” telekanalının efirində bildirib ki, qətl, dövlət məmurlarına qarşı zorakılıq, quldurluq, xuliqanlıq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlayıb.

İğtişaşlar zamanı bir neçə polis əməkdaşı, Qazaxıstan Milli Qvardiyasının və Müdafiə Nazirliyinin hərbçisi həlak olub, 1,3 mindən çox asayiş keşikçisi yaralanıb. Bu barədə isə bazar günü respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 polis əməkdaşı öldürülüb, 1,3 mindən çox polis əməkdaşı, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, – məlumatda deyilir.


mənbə :
Report.az

Qazaxistanda igtisaslar zamani 6 mine yaxin adam saxlanilib