İçeriğe geçmek için "Enter"a basın

Albaniyalı futbolçu Bakı klubundan ayrılmaq istəyir

09-01-2022

[r32]
xeber –

“Səbail” klubunun futbolçusu Yurgen Qoca komandadan ayrılmaq istəyir.

“Report” xəbər verir ki, albaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Təcrübəli oyunçu ilə “Teuta” klubu yaxından maraqlanır.

“Dənizçilər”lə cari mövsümün sonunadən müqaviləsi olan Qoca əməkdaşlığa qarşılıqlı razılıq əsasənda xitam verilməsi üçün danışıqları davam etdirir. Hazırda Bakıda olan futbolçunun məsələsinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Yurgen Qoca Azərbaycanda “Səbail”dən əvvəl “Qəbələ”nin də formasını geyinib.


mənbə :
Report.az

Albaniyali futbolcu Baki klubundan ayrilmaq isteyir