İçeriğe geçmek için "Enter"a basın

Ağdaşda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb

09-01-2022

[r32]
xeber –

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayon sakini Elşən Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan bölməyə gətirilib və təyin olunan ekspertiza zamanı E.Kərimovun marixuana qəbul etdiyi sübuta yetirilib.
Keçirilən digər bir tədbir zamanı isə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2107” markalı avtomobilin sürücüsü Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun marixuana qəbul etdiyi məlum olub.
Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


mənbə :
Report.az

Agdasda narkotik vasitelerin tesiri altinda taksi fealiyyeti ile mesgul olan suruculer saxlanilib