İçeriğe geçmek için "Enter"a basın

Türkiyə sakini Ginnesin “Rekordlar” kitabına düşən azərbaycanlı ilə yarışmaq istəyir

09-01-2022

[r32]
xeber –

Türkiyənin Sakarya əyalətinin Karasu rayonunun sakini Süleyman Dəmirçi adı Ginnesin “Rekordlar” kitabına düşmüş Azərbaycan əsilli Etibar Elçe Marneulinin göstəricilərini qabaqlayıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Süleyman Dəmirçi hələ bir neçə il əvvəl təsadüfən dəmir əşyalarının bədəninə yapışdığını hiss edib.

Qeyd edilir ki, onun bədəni müxtəlif dəmir əşyaları maqnit kimi özünə çəkir. Dəmirçi qeyri-adiliyi ilə vətəndaşların da diqqətini cəlb edib. Rayonun “ən cəlbedici adamı” adlandırılan Dəmirçi bədəninə bağladığı 50 qaşıqla adını Ginnesin Rekordlar Kitabına yazdıran Azərbaycan əsilli Etibar Elçe Marneulinin rekordunu üstələyib.

Hələ 2014-cü ildə əlindən düşən alışqanın bədəninə yapışması nəticəsində orqanizminin xüsusiyyətini başa düşən Dəmirçinin bədəninə gümüş, qızıl, şüşə, daş, sikkə, metal qaşıqlar və digər müxtəlif əşyalar yapışır.

Xüsusiyyəti ilə görənləri təəccübləndirən Dəmirçi “təkcə metal əşyalar deyil, ağac, gümüş, daş nə varsa, hamısı bədənimə yapışır. Bir dəfə cəhd etdim, bədənim 90 qaşıq tutdu”, – deyə bidirib.

“Azərbaycan əsilli Etibar Elçe Marneuli 50 qaşıqla “Rekordlar” kitabına düşüb. “Rekordlar” kitabının tərtibatçılarını Karasuya dəvət edirəm, onu keçsin. Gəlsinlər, onlara əyani nümayiş etdirim. Çoxlu sürprizlərim var”, – deyib.


mənbə :
Report.az

Turkiye sakini Ginnesin “Rekordlar” kitabina dusen azerbaycanli ile yarismaq isteyir