İçeriğe geçmek için "Enter"a basın

Nigeriyada silahlı hücum qurbanlarının sayı 200 nəfəri keçib

09-01-2022

[r32]
xeber –

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələrin silsilə hücumlarından sonra ölənlərin sayı 200-ü ötüb.

“Report” “Premium Times”a istinadən xəbər verir ki, 4-5 yanvar tarixlərində Anka və Bukkuyum kəndlərində silahlı şəxslərin hücumları nəticəsində yüzlərlə insan həlak olub, minlərlə insan evlərini tərk edib.

Kəndlərdə axtarış-xilasetmə işləri davam etdirilir. On mindən çox insan evlərini tərk edib.

Nigeriyada silahlı dəstələr tez-tez kəndlərə hücum edir, yerli evləri yandırır və dinc əhaliyə fərq qoymadan atəş açır. Ölkənin şimal-qərb əyalətlərində quldur dəstələrinə qarşı mübarizə üçün minlərlə hərbçi yerləşdirilib.


mənbə :
Report.az

Nigeriyada silahli hucum qurbanlarinin sayi 200 neferi kecib