İçeriğe geçmek için "Enter"a basın

Braziliyada qayanın uçması nəticəsində 10 nəfər ölüb

09-01-2022

[r32]
xeber –

Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığında qayanın turistlərin olduğu qayıqların üzərinə aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə “Report” “CNN Brasil” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, xilasedicilər daha üç nəfərin cəsədini tapıblar. Batan iki gəmidə həmin an ən azı 34 nəfər olub. 23 nəfər yüngül bədən xəsarətləri alıb, 8 nəfər tibb müəssisələrinə aparılıb.

Güclü eroziyaya uğramış qayaların uçmasına bölgədə yağan güclü yağış səbəb olub.


mənbə :
Report.az

Braziliyada qayanin ucmasi neticesinde 10 nefer olub