İçeriğe geçmek için "Enter"a basın

Nyu-Yorkda baş verən yanğında 63 nəfər xəsarət alıb

10-01-2022

[r32]
xeber –

ABŞ-ın Nyu-York şəhərində yaşayış binasında baş verən güclü yanğın nəticəsində 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 32-sinin həyatı təhlükə altındadır.

“Report” xəbər verir ki, bu barədə hadisə yerinə gələn Nyu-York meri Erik Adams məlumat verib.

Onun sözlərinə görə, bu, şəhər tarixində ən böyük yanğınlardan biridir:

“Rəqəmlər dəhşətlidir. 32 nəfərin həyatı risk altındadır, daha 9 nəfər ağır xəsarət alıb. Bundan başqa 22 yaralının xəsarətləri yüngüldür”.

Yanğın 19 mərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən birində baş verib. Yanğının başladığı iddia edilən mənzilin qapısı açıq olduğu üçün alov və tüstü sürətlə yayılıb. İkinci və üçüncü mərtəbələrı alov bürüyüb, tüstü növbəti mərtəbələrə qalxıb.

Yanğınla mübarizəyə 200 yanğınsöndürən cəlb olunub. Zərərçəkənlər, o cümlədən uşaqlar 5 şəhər xəstəxanasına aparılıb.


mənbə :
Report.az

Nyu-Yorkda bas veren yanginda 63 nefer xesaret alib