İçeriğe geçmek için "Enter"a basın

Belarusdan Polşaya keçməyə cəhd edən 30-dan çox miqrant saxlanılıb

10-01-2022

[r32]
xeber –

Polşa sərhədçiləri Belarusla sərhəddə 33 miqrantı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Polşa Dövlət Sərhəd Xidməti bildirib.

Qeyd olunub ki, sərhədi qanunsuz keçməyə cəhd edən şəxslərin qarşısı alınan zaman polşalı sərhədçi xəsarət alıb.

Miqrantlar Çerems və Şudzyalovo məntəqələrində Polşa sərhədçilərinə daş və səs fişəngləri atıblar.

Yaralanan sərhədçi xəstəxanaya yerləşdirilib. O, baş nahiyəsindən xəsarət alıb və həyatı təhlükəsi yoxdur.


mənbə :
Report.az

Belarusdan Polsaya kecmeye cehd eden 30-dan cox miqrant saxlanilib