İçeriğe geçmek için "Enter"a basın

Mingəçevirdə avtomobil 39 yaşlı kişini vuraraq öldürüb 

22-01-2022

[r32]
xeber –

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə şəhərin girəcəyində, “Alaqapı” adlanan yerdə qeydə alınıb. Minik avtomobili yolu qarşı tərəfə keçən piyada, Yevlax rayon sakini, 1983-cü il təvəllüdlü M.Məhərrəmovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


mənbə :
Report.az

Mingecevirde avtomobil 39 yasli kisini vuraraq oldurub