İçeriğe geçmek için "Enter"a basın

AirAsia təyyarəsi tapıldı

30-12-2014

airasiatapildi

28 dekabr-da havada yoxa çıxan Malayziya mərkəzli “AirAsia” hava şirkətinə məxsus QZ8501 səfər saylı təyyarədən xəbər var.

Azadliq.az-ın xəbərinə görə, İndoneziyanın Surabaya adasından Sinqapura gedərkən havada yoxa çıxan təyyarəyə məxsus olduğu güman edilən bəzi hissələr tapılıb.

airasia3

Təyyarənin içərisində 162 nəfər olub. İndoneziya yaxınlığında təyyarəyə aid olduğu düşünülən bir neçə parçalar və 40-a yaxın cəsədə rastlanıb.

airasia2

Xatırladaq ki, 155 sərnişin, 7 nəfər heyət üzvü olan təyyarə bazar günü havaya qalxdıqdan 50 dəqiqə sonra Java dənizi üzərindəykən əlaqə kəsilmişdi,

AirAsia təyyarəsi tapıldı