İçeriğe geçmek için "Enter"a basın

Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finalda, biri bürünc medal görüşünə çıxacaq

28-03-2022

[r32]
xeber –

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 70 kq-da yer alan Zirəddin Bayramov finala gedən yolda Gürcüstan təmsilçisi Zurabi Yakobişvili ilə qarşılaşıb.

Rəqibinə 3:4 hesabı ilə uduzan Büyramov bürünc medal uğrunda mübarizə aparacaq.

20:20

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.

20:14

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində rəqib gürcüstanlı Beka Bujiaşvili olub.

1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.


mənbə :
Report.az

Avropa cempionati: Azerbaycanin iki gulescisi finalda, biri burunc medal gorusune cixacaq