İçeriğe geçmek için "Enter"a basın

Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi finala yüksəlib

28-03-2022

[r32]
xeber –

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 97 kq çəki dərəcəsindəki Məhəmmədxan Məhəmmədov polşalı Matyuş Baranovski ilə qarşılaşıb.

Rəqibinə 6:4 hesabı ilə qalib gələn Məhəmmədov adını finala yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada macarıstanlı Vladislav Baytsayevlə üz-üzə gələcək.

Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan 5 sərbəst sərbəst güləşçisindən 4-ü finala vəsiqə qazanıb. Məhəmmədovla yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.

21:02

Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, 79 kq-da mübarizə aparan idmançı yarımfinalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə 13:7 hesabı ilə qalib gəlib.

Aşırov finalda yunanıstanlı Georgios Kugiumtsidislə münasibətlərinə aydınlıq gətirəcək.

20:42

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 70 kq-da yer alan Zirəddin Bayramov finala gedən yolda Gürcüstan təmsilçisi Zurabi Yakobişvili ilə qarşılaşıb.

Rəqibinə 3:4 hesabı ilə uduzan Büyramov bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Mark Ditşe (İsveçrə) – Ramazan Ramazanov (Bolqarıstan) cütünün qalibi olacaq.

20:20

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.

20:14

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində rəqib gürcüstanlı Beka Bujiaşvili olub.

1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.


mənbə :
Report.az

Avropa cempionati: Azerbaycanin 4 gulescisi finala yukselib