İçeriğe geçmek için "Enter"a basın

İtaliya millisinin futbolçusu həbs edilib

28-03-2022

[r32]
xeber –

İtaliyanın “Cenoa” klubunun futbolçusu Manolo Portanova həbs edilib.

“Report”un ANSA-ya istinadən məlumatına görə, 22 yaşlı hücumçu gənc qıza cinsi təcavüzdə ittiham olunur. Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib.

Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.

Daha əvvəl Portanova və digər iki şəxs ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror vəzifəsini icra edən Nikola Marini şübhəlilərin həbsi barədə göstəriş verib.

Qeyd edək ki, Manolo Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.


mənbə :
Report.az

İtaliya millisinin futbolcusu hebs edilib