İçeriğe geçmek için "Enter"a basın

Mariupolda təxminən 5 min insan ölüb, onlardan 210-u uşaqdır

28-03-2022

[r32]
xeber –

Ukraynanın Mariupol şəhərində müharibə başlayandan indiyədək 210-u uşaq olmaqla 5 minə yaxın insan həlak olub.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vadim Boyçenko jurnalistlərə deyib.

Onun sözlərinə görə, 170 minə yaxın vətəndaş hazırda mühasirədədir, 30 mini deportasiya edilib.

Çoxmərtəbəli yaşayış binalarından 2 340-ı (90%) zədələnib, onlardan 1040-ı (40%) tamamilə dağılıb. Həmçinin şəhərdə iki fabrik, liman və hərbi hissəyə ziyan dəyib.

27 gündür mühasirədə olan şəhərdə vəziyyət ağırdır. Mer bildirib ki, getdikcə daha çox insan aclıqdan ölür.

BMT-yə Mariupolda kütləvi məzarlıqların olduğunu təsdiqləyən məlumatlar daxil olur.


mənbə :
Report.az

Mariupolda texminen 5 min insan olub, onlardan 210-u usaqdir